Ərzaqlar:

30 ədəd barmaq peçenye

1/2 st qoz ləpəsi

Krem üçün:

200 q krem pendir

200 q krem qaymaq

3 x.q şəkər tozu

Üstü üçün:

50 q şokolad

Hazırlanması:

Əvvəlcə kremi hazırlayaq qaymaq, pendir və şəkər tozunu qarışdırıb mikserlə çalırıq.Elə qarışdırmaq lazımdır ki kremdə şəkər tozu əriməlidir.

Qaba peçenyeləri yan-yana yığırıq.

Üstünə krem çəkib qoz səpirik.

Bu şəkildə 3 qat düzəldirik.

Sonuncu qatı şokaladı əridib töküb qoz ləpəsi ilə bəzəyirik.

Bir neçə saat qaldıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments