Ərzaqlar:

1 balaca banka göy noxud

200 q ət (qoyun ya da mal əti)

3 ədəd yumurta

3 ədəd kartof

2 ədəd yerkökü

2 balaca tutma xiyar

1 ədəd tər xiyar

2-3 ədəd turp

Keşniş, şüyüd, göy soğan

Duz

İstiot

Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması:

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq.

Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Kartofu xırda dörd künc doğrayırıq.

Yerkökünü xırda dörd künc doğrayırıq.

Yumurtanı xırda dörd künc doğrayırıq.

Tutma xiyarı xırda dörd künc doğrayırıq.

Tər xiyarı xırda dörd künc doğrayırıq.

Turpu xırda dörd künc doğrayırıq.

Göyərtiləri xırda doğrayırıq.

Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq.

Qarışığa duz və istiot səpib qarışdırırıq.

Xama ilə ya da mayonezlə qarışdırırıq.

Zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments