Ərzaqlar:

300 q toyuğun döş əti

2 ədəd xiyar

3 ədəd yumurta

Duz

Mayonez

Hazırlanması:

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra əti xırda doğrayırıq.

Xiyarın qabığını soyub uzun nazik doğrayırıq.

Yumurtanı suda bişiririk. Soyuduqdan sora təmizləyib süzgəcdən keçiririk.

Toyuğun döş əti, yumurta və xiyarı duz töküb, qarışdırıb, mayonezləyirik.

Salatı zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments