Ərzaqlar:
1 kq kələm
500 q çəkilmiş ət
1/2 st yumru düyü
2/3 st bişmiş noxud
3 ədəd baş soğan
2 ç.q pomidor məti(tomat)
1 x.q quru reyhan, ya da balaca dəstə təzə reyhan
Balaca dəstə keşniş şüyüd
3 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Hazırlanması:
Əti və qabığı soyulub yuyulmuş soğanı ət maşınından keçiririk.Üstünə düyünü yuyub tökürük. Noxudu, yağı, duz və istiotu əlavə edirik. Göyərtiləri təmizləyib yuyub xırda doğrayıb tökürük.Pomidor mətini də əlavə edib qarışdırırıq.
Kələmi duzlu suda pörtdədirik. Kələm yarpaqlarının orta zoğunu kəsib balaca olanları iki yerə, böyük olanları 4 yerə bölürük.
Adi qaydada kələm yarpaqlarının içinə ət qarışığı qoyub bükürük. Bükülmüş dolmaları qazana yığırıq.
Üstünə çıxanadək su töküb üstünə qab qoyub normal odda bişməyə qoyuruq.
Yemək suyu çəkilib yağa düşəndə hazır olacaq.
Nuş olsun!