Ərzaqlar:

Xəmir üçün:

4 st un

2 ədəd yumurta

1/2 ç.q duz

2 ç.q sirkə (6%-li)

1st ilıq su (təxminən)

500-600 q kərə yağı

Yağa və yaymağa əlavə un

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1/2 paket vanil (5q)

Qeyd:Bu torta bişirilmiş kremdən də istifadə edə bilərsiniz.

(Zavarnoy)

Üzünə və aralarına səpmək üçün:

Qoz ləpəsi.

Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]

Xəmiri hazırlamaq üçün una yumurta, duz, sirkə və su əlavə edib normal xəmir yoğururuq.

Xəmirin üstünə sellofan örtüb  20-30 dəqiqə saxlayırıq.

Yağı iki hissəyə bölürük. Hər bir hissə 250 q olmaq şərti ilə yumşalmış yağın üstünə 2-3 x.q un töküb əlimizlə az əzib yayırıq.

Xəmiri iki hissəyə bölüb hər bir hissəsini yuxa kimi yayıb 1 sm qalınlıqda açırıq. Hər iki yuxanın ortasına hərəsinə 250 q  əzdiyimiz yağı qoyuruq. Hər iki xəmiri eyni qayda ilə hazırlayırıq.

Şəkildəki kimi bükürük.

(Xəmiri yayarkən ehtiyatla yaymaq lazımdır ki, yağı içindən çıxmasın)

I dəfə:

Bükülmüş xəmiri 1 sm qalınlıqda yayıb aşağıdakı şəkildəki kimi büküb sellofanın içinə qoyub 10-15 dəqiqə soyuducuda  saxlayırıq.

II. dəfə

Xəmiri çıxardıb eyni qayda ilə yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

III. dəfə

Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

IV. dəfə

Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

V. dəfə

Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

VI. dəfə

Xəmiri soyuducudan çıxarıb 0,5 sm qalınlıqda yayırıq.

Yayılmış yağlı xəmiri iki hissəyə bölürük. Hər bir xəmirin hissəsinin eni 23-24 sm uzunluğu isə 32-33 sm olacaq.Bu qayda ilə ikinci xəmiri də yayıb yarıya bölürük.

Qaba kağız sərib xəmiri qoyuruq. Çəngəl ilə deşdəkləyirik.

Sobanı 200 dərəcədə qızdırırıq. Xəmiri sobaya bişməyə qoyuruq. Xəmir 15 dəqiqəyə bişəcək.

Bu qayda ilə qalan 3 yayılmış yağlı xəmiri bişiririk.

Layların hər birinin üst  və alt qırıntılarından bir az təmizləyirik. Yanlarını eyni  ölçüdə az kəsib düzəldirik.

Bir layı qoyub kremləyirik. Zövqə görə qoz doğrayıb tökürük.

Qalan qatları da bu qayda ilə kremləyib qoz tökürük. Axırıncı layı qoyub üzünü və yanlarını kremləyirik.

Topladığımız qırıntıları ovduqdan sonra üzünə səsəpirik və yanlarına vururuq.

Zövqə görə üstünə əlavə olaraq qoz qırıntıları səpirik.

Nuş olsun!

Comments

comments