Ərzaqlar:

Biskvit üçün:

6 ədəd yumurta

1 st şəkər tozu

1 st un

1/2 paket vanil

Krem üçün:

200 q kəsmik

1 st şəkər tozu

200 qaymaq

1/2 paket vanil

Bəzədilməsi üçün:

Moruq (təzə ya da dondurulmuş)

Qoz

Hazırlanması:

Kremi hazırlamaq üçün bax: [url=http://resept.az/Kesmik-ile-qaymaqli-krem-2142.html]Kəsmik ilə qaymaqlı krem[/url] 

Biskviti hazırlamaq üçün yumurtaların sarısını ağından ayırırıq. Ağını köpüklənənə qədər çalırıq.

Şəkər tozunu az-az töküb çalırıq.

Yumurta sarılarını bir-bir töküb çalırıq.

Unu və vanili əlavə edib qaşıqla qarışdırırıq.

Qaba kağız qoyub qarışığı töküb bərabər yayırıq.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.Biskviti qabdan çıxarıb üzünü bıçaqla nazik kəsib götürürük.

Sap vasitəsi ilə biskviti bərabər iki hissəyə bölürük.

Bir layı qoyub moruğun suyundan üstünə tökürük və kremləyirik. Arasına zövqə görə qoz səpib moruqdan yığırıq.

İkinci layı qoyub yanını və üstünü kremləyirik.

Zövqə görə qalan moruq ilə üzünü bəzəyirik.

Nuş olsun!

Comments

comments