Ərzaqlar:

1 paket qurabiye ,100 q kərə yağı
İçliyi üçün:
200 q krem qaymaq, 200 q labnə pendir, 1/2 (yarım) st şəkər tozu, 3 ədəd yumurta, 2 x.q buğda nişastası, 2 x.q un

Üstünün sosu üçün:
1,5 st moruq suyu, 2 x.q nişasta, 2 x.q şəkər tozu

Hazırlanması:

Qurabiyəni blenderdə əzirik.

Yağı əridib qurabiyənin üstünə töküb qarışdırırıq.

Qarışığı qablara yığıb qaşıqla bərkidirik.
Soyuducuya qoyuruq.

İçliyi hazırlayırıq. Krem qaymaqla labnə pendirini çalırıq.

Şəkər tozunu əlavə edib çalırıq.

Yumurtaları əlavə edib çalırıq.

Nişastanı və unu əlavə edib çalırıq.

Soyuducudan çıxarıb içliyi tökürük. Hər birinə 5 x.q içlik tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Tamam soyuması üçün ilıq olanda soyuducuya qoyuruq.

Sosu hazırlayırıq.
Moruq suyunu, nişastanı və şəkər tozunu qazana töküb qarışdırırıq.

Ocaqda qatılaşıb qaynayana kimi qarışdırırıq. Qaynamağa başlayanda 2-3 dəqiqə də qarışdırıb götürürük.

İlıq olanda qabları çıxarıb üstünə tökürük.

Yenidən soyuducuya qoyuruq.
Bir neçə saat sonra çıxarıb üstünü bəzəyib çay süfrəsinə veririk.

 

 

 

 

Nuş olsun!

Comments

comments