Ərzaqlar:
1 st qırmızı mərcimək
2 ədəd baş soğan
1 ədəd kök
1 ədəd kartof
1 x.q pomidor məti (tomat)
1 x.q quru nanə
4 x.q zeytun yağı
6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz)
Duz
Istiot
1 ədəd limon
Hazırlanması:
Bütün tərəvəzləri təmizləyib yuyuruq. Mərciməyi də təmizləyib yuyuruq.
Soğanı,kartofu və kökü xırda doğrayırıq.
Soğanı, kartofu, kökü və mərciməyi qazana tökürük.
Üstünə suyun yarısını töküb yeməyi ocağa qoyuruq. (Ət suyu ilə olduqda şorba daha dadlı olur)
Qaynadıqda kəfini yığırıq. Tərəvəzlər bişdikdə yeməyi ocaqdan götürüb blenderdən keçiririk. Sonra qalan suyu yeməyə əlavə edib yenidən ocağa qoyuruq.
Zeytun yağını tavaya töküb qızdırırıq. Sonra pomidor mətini töküb qovururuq. 3-5 dəqiqə sonra nanə qurusunu da əlavə edib 2-3 dəqiqə qovurub götürürük.
Qovurduğumuz nanəli pomidor mətini yeməyə əlavə edib, zövqə görə duz və istiotunu da töküb 10-15 dəqiqə bişiririk.Yeməyimiz hazırdı.Şorbanı süfrəyə verdikdə yanında limon veririk.
Nuş olsun!