Ərzaqlar:

3,5 st un

200 q xama

50 q kərə yağı

2 ədəd yumurta

1 x.q şəkər tozu

1/2 ç.q duz

(bu xəmirdən diametri 26-28 sm olan 3 ədəd pizza alınır)

Hazırlanması:

Yumşaq yağı unla ovuruq.

Xamanı, yumurtanı, şəkər tozunu və duzu əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri 3 bərabər hissəyə bölüb kündələyirik.

Hər kündəni yayanda diametri 26-28 sm olacaq.

Nuş olsun!

Comments

comments