Türk mətbəxi

Ərzaqlar:

(4 nəfərlik)
5 st süd
1/2 st şəkər tozu
4 x.q nişasta(qarğıdalı ya da buğda)
1 paket vanil
1 ədəd limonun qabığı

Hazırlanması:

Südü nişasta ilə tam açılanadək çalırıq.

Sonra südü ocağa qoyub bişiririk. Dayanmadan qarışdırırıq. Qatılaşana yaxın şəkər tozunu və vanili tökürük. Sonra 5-10 dəqiqə də qarışdırıb götürürük.

Limonu yuyub qurulayıb qabığını sürtgəcdən keçirib südün içinə tökürük.

Qarışdırıb qablara töküb qoyuruq soyuyur.Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments