Ərzaqlar:

Xəmir üçün:

2-2,5 st un

200 q kərə yağı

1/2 st st şəkər tozu

1 paket qabartma tozu

İç üçün:

400 q kəsmik

2 ədəd yumurta

1 ədəd limon qabığı

1/2 st şəkər tozu

Hazırlanması:

Ələnmiş unu yağ ilə ovuruq.

Şəkər tozunu və qabartma tozunu əlavə edib qarışdırırıq.

Xəmir ovxantı kimi olmalıdır.

İçliyi hazırlayırıq. Kəsmiyə yumurtanı əlavə edib qarışdırırıq.

Şəkər tozunu töküb yenidən qarışdırırıq.

Limonun qabığını sürtgəcdən keçirib içliyə əlavə edirik. İçlik hazırdır.

Xəmiri iki hissəyə bölürük. Qaba yayacağımız hissəni bir az böyük götürürük.

Xəmiri dizmertri 26 sm olan qaba yayırıq. (Yapışan qab olsa yağlayıb unlayıb sonra xəmiri yayırıq.)

İçliyi töküb yayırıq.

Xəmirdən qalan ovxantını üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqəyə bişiririk. İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments