
Ərzaqlar:

Xəmir üçün:
3,5 st un
200 q xama
50 qr kərə yağı
2 ədəd yumurta
1 x.q şəkər tozu
1/2 ç.q duz
Üstü üçün:

300 q kolbasa
200-250 q pendir
3 x.q mayonez
3 x.q ketcap
3 ədəd pomidor
3 ədəd şirin bibər
Duz
Hazırlanması:
Xəmiri hazırlamaq üçün bax: [url=http://resept.az/Mayasiz-pizza-xemiri-2929.html]Mayasız pizza xəmiri[/url]
Üstü üçün ərzaqları hazırlayaq. Pomidoru yuyub iki yerə bölüb nazik doğrayırıq.

Bibərin içini təmizləyib, yuyub, nazik uzun doğrayırıq.

Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Kolbasanı halqa-halqa doğrayırıq.

Tavaya yağ çəkib kündəni qoyub əlimiz ilə yayırıq.

Üzünə 1 x.q mayonez və 1 x.q ketçap yayırıq.

Kolbasaları iki bölüb istədiyimiz kimi düzürük. Bibərləri də düzürük.

Doğranmış pomidoru da düzürük və duz səpirik.

Üstünə rəndələnmiş pendiri səpirik.

220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.

Nuş olsun!






























