Ərzaqlar:

Xəmir üçün:

200 q xama

200 q kərə yağı

1 paket qabartma tozu

1/2 paket vanil

3 st un

İç üçün:

1 st qoz ləpəsi

1 st kişmiş

1- 1,5 st şəkər tozu

1/2 paket vanil

Üzü üçün:

1 ədəd yumurta

Hazırlanması:

İçlik üçün qoz ləpəsini bıçaqla doğrayırıq.

Kişmişi təmizləyib yuyub qurulayırıq.

Doğranmış qoz ləpəsini, vanili, şəkər tozunu bir qabda qarışdırırıq.İçlik hazırdır.


Ələnmiş unu yumşaq yağla ovuruq.

Ovuntuya vanili, qabartma tozunu və xamanı əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmiri iki yerə bölürük. Biri digərindən az böyük olmalıdır.

Böyük olan kündəni qabın içinə qoyub yayırıq. Kənarlardan 2 sm çıxmaqla düzəldirik.

İçliyi töküb bərabər yayırıq.

İkinci kündəni yanda oxlovla ya da əl ilə yayırıq.

Yaydığımız xəmiri içliyin üstünə qoyub yanlarını bərkidirik.

Piroqu bıçaqla düzbucaqlı formasında kəsirik. (İstədiyiniz formada kəsə bilərsiniz)

Üzünə yumurta çəkirik.

180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Soyuduqdan sonra piroqu çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments