Ərzaqlar:

200 q kəsmik

200 q kərə yağı

2 st un

1 st şəkər tozu

2 ədəd yumurta

1/2 st kişmiş

1 paket qabartma tozu

1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağını, vaniil və şəkər tozunu mikserlə çalırıq.

Yumurtanı əlavə edib mikserlə çalırıq.

Kəsmiyi əlavə edib mikserlə çalırıq.

Kişmişi təmizləyib yuyub solfet ilə qurulayıb undan 1 x.q töküb qarışdırırıq.

Qarışığa kişmişi əlavə edib mikserlə çalırıq.

Sonra qabartma tozunu və unu töküb aşağı sürətlə çalırıq.

Mikseri kənara qoyub qaşıqla yaxşı qarışdırırıq.

Balaca keks qablarına xəmiri tökürük. (İstədiyiniz qablara tökə bilərsiniz. Kağız olsa içinə kağız qoyun ya da yağlayıb unlayıb xəmiri tökə bilərsiniz)

180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk. Içinin tam bişməyini bilmək üçün çöplə yoxlayırıq.

Nuş olsun!

Comments

comments