Ərzaqlar:
4 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket vanil
Krem üçün:
1 paket krem şantı və 1/2 st süd ya da
Qatılaşdırılmış süd ilə kərə yağından hazırlanmış kremdən istifadə edə bilərsiniz.
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə çalırıq.
Sonra vanili və unu əlavə edib tam həll olanad
ək çalırıq.
Soba qabına kağız səpib xəmiri töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Biskvit soyuduqdan sonra halqa formada kəsirik.
Halqaların ikisini götürüb arasını, yanlarını və üstünü kremləyirik. Bu şəkildə digərlərini də hazırlayırıq.
Zövqə görə üstünə kremdən gül qoya bilərsiniz. Sadə şəkildə bəzəklərdən də istifadə edib bəzəyə bilərsiniz.
Nuş olsun!