Ərzaqlar:
200-250 q albalı
2/3 st un
50 q kərə yağı
1/2 st şəkər tozu(2 x.q üstü üçün)
50 q qovrulmuş qoz ya da badam ləpəsi
Hazırlanması:
Unu bir qaba ələyib yağ ilə ovuruq.
Şəkər tozunu əlavə edib qarışdırırıq.
Albalıların tumunu çıxarıb qablara yığırıq.
180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk. Sonra üstünə şəkər tozu səpirik. (Şəkər tozundan 2 x.q götürüb dörd qaba tökürük)
Qoz ləpəsini bıcaqla doğrayırıq.
Qoz ləpəsini də albalının üstünə tökürük.
Sonra ovxantını səpirik.
Yenidən 180 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.
Nuş olsun!