Ərzaqlar:

3 st un

3 ədəd yumurta

2 st şəkər tozu

1/2 st süd

1/2 st duru yağ

100 q kərə yağı

1 paket vanil

1 paket qabartma tozu

1/2 st damla şokolad

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə çalırıq.

Duru yağı töküb mikserlə çalırıq.

Südü əlavə edib mikserlə çalırıq.

Kərə yağını əridib soyudub tökürük və yenə mikserlə çalırıq. (Yaxşı olar ki başlamazdan yağı əridəsiniz ki siz çalana kimi soyusun)

Vanili, qabartma tozunu və unu əlavə edib aşağı sürətlə mikserlə çalırıq.

Balaca keks qablarına kağız qoyuruq ya da kərə yağı ilə yaxşı yağlayırıq. Xəmiri tökürük.

Sonra üstünə şokolatdan səpirik. (Damla şokolad olmasa adi plitka şokoladı balaca dağrayıb tökə bilərsiniz. Əgər o da yoxdursa şokolad tökməsəniz də olar.)

180 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments