Ərzaqlar:

200 q kəsmik

1 st un(aparanadək)

1/2 st şəkər tozu

2 ədəd yumurta

1 paket qabartma tozu

Hazırlanması:

Kəsmik ilə şəkər tozunun yarısını qarışdırırıq.

Sonra üstünə yumurtanı əlavə edib yenə qarışdırırıq.

Unu və qabartma tozunu qarışdırıb qarışığın üstünə əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmiri 1 sm qalınlıqda yayıb fiqurlar kəsirik.

Fiqurun bir tərəfini qalan şəkər tozuna batırırıq.

Qaba kağız qoyub yığırıq.

180 dərəcə qızdırılmış sobada20-30 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments