Ərzaqlar:
1 st şəkər tozu
250 q kəsmik
200 q kərə yağı
2 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu
2,5 st un (aparanadək)
Yaymağa əlavə un
Hazırlanması:
Çəngəllə kəsmik ilə şəkər tozunu qarışdırırıq.
Yumurta ilə vanili əlavə edib yenə qarışdırırıq.
Yumşaq kərə yağını əlavə edib qarışdırırıq.
Un, duz və qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri kloka qoyub 15-20 dəqiqə soyuducuda saxlayırıq.
Sonra xəmiri 2-3 yerə bölürük.
Qalınlığı 0,5 sm olmaqla yayıb dairələr kəsirik.(un səpib yayırıq)
Dairələrdən dördünü üst-üstə qoyub bükürük. Sonra ortadan bıçaqla kəsirik. Kəsilən hissəni çevirib dikinə qoyuruq.
Qaba kağız sərib yığırıq. Bu qayda ilə xəmirin hamısını düzəldirik.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.
Nuş olsun!