Ərzaqlar:

Xəmir üçün:
200 q kərə yağı
1/2 st şəkər tozu
3 st un
2 ədəd yumurta
2 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil

İçlik üçün:
800 q pəhriz kəsmik
100 q kərə yağı
6 ədəd yumurta
1 st şəkər tozu
2 x.q nişasta
1 paket vanil
1 ədəd portağal
50 q kişmiş
50 q qaysı
50 q qoz ləpəsi

Hazırlanması:

Xəmiri hazırlamaq üçün yumşaq kərə yağını, vanili və şəkər tozunu mikserlə tam qarışanadək çalırıq.

Sonra yumurtanı əlavə edib çalırıq.

Kakaonu əlavə edib çalırıq.

Qabartma tozunu və unu əlavə edim yumşaq xəmir düzəldirik.

Xəmirin 1/3 –ni soyuducunun buzxanasına qoyuruq.

2/3-ni isə diametri 28 sm olan qaba kağız sərib yayırıq.
Sonra qoyuruq soyuducuya.

İçliyi hazırlamaq üçün kəsmiyi, yağı, şəkər tozunu, yumurtanın sarısını və vanili bir qaba töküb mikserlə çalırıq.

Sonra nişastanı və portağalın qabığını sürtgəcdən keçirib qarışdırırıq.

Yumurtanın ağını ayrıca bərkiyənədək çalırıq.

Çalınmış yumurta ağını içliyə əlavə edib qaşıqla qarışdırırıq.

Qaysını xırda doğrayırıq.Kişmiş ilə qaysını yuyub qurulayırıq.Bunları da içliyə əlavə edirik.

Xəmiri soyuducudan çıxarıb içliyi töküb yayırıq.

Sonra buzxanadakı xəmiri sütgəcdən keçirib üstünə səpirik.

Qoz ləpəsini də doğrayıb xəmirin üstündən səpirik.

180 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.

Piroq ilıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə veririk.

Nuş olsun!

Comments

comments