Ərzaqlar:


Ovuntu üçün:
125 q yumşaq kərə yağı
3/4 st şəkər tozu
2 st un
1 paket qabartma tozu
İçlik üçün:
500 q kəsmik
3/4 st şəkər tozu
3 ədəd yumurta
1 paket vanil

Hazırlanması:

Unu bir qaba ələyib şəkər tozu və qabartma tozu ilə qarışdırırıq.

Sonra üstünə yağı əlavə edib əlimiz ilə ovuruq.

Hazır ovuntunu bir kənara qoyub içliyi hazırlayırıq.
İçlik üçün olan ərzaqları dərin bir qaba alıb mikserlə tam qarışanadək çalırıq. İçlik hazırdı.


Diametri 26 sm olan qab götürüb yağlayırıq.

Sonra obuntunun yarısından bir az çoxunu qaba töküb yayırıq. Yanlardan 2 sm çıxıntı düzəldirik.

İçliyi töküb yayırıq.

Qalan ovuntunu içliyin üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments