Ərzaqlar:
Biskvit üçün:
5 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
Krem üçün:
300 q kəsmik
200 q qaymaq
1/2 st şəkər tozu
1 paket vanil
Üstü üçün:
1 ç.q kakao
Zövqə görə qoz ləpəsi və s. tökə bilərsiniz.
Hazırlanması:
Əvvəlcə kremi hazırlayırıq.Krem üçün olan ərzaqları bir qaba töküb bərkiyənədək mikserlə çalırıq. Kremdə şəkər tozunun qırıntıları bilinməməlidir. Hazır kremi bir kənara qoyuruq.
Yumurta ilə şəkər tozunu köpüklənənə kimi mikserlə çalırıq.
Üstünə qabartma tozu ilə unu əlavə edib yenə tam qarışanadək çalırıq.
Soba qabına kalka kağızı qoyub xəmiri töküb yayırıq.
180dərəcə qızdırılmış sobada 15 dəqiqə bişiririk.
Biskviti isti –isti büküb qoyuruq.
İlıq olanda kağızdan çıxardırıq. Üzünü bıçaqla təmizləyirik.
Tamam soyuduqdan sonra arasına kremi çəkirik.
Kremi çəkdikdən sonra ruleti bükürük.
Üstünü də kremləyirik.
Baş hissələrini kəsib qaba qoyuruq. Kakao tozunu səpirik.
İstəsəniz qoz və s. lLəpələrin doğranmışını da səpə bilərsiniz. Ya da içinə və üstün meyvələrdən doğrayıb qoya bilərsiniz.
Hazır bükülmüş ruleti bir neçə saatdan sonra doğrayıb çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!