Ərzaqlar:
600 qr əla növ pəhriz kəsmiyi
5 ədəd yumurta
1 st şəkər tozu
1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün)
3 x.q nişasta
1 paket vanil
1 ədəd limonun qabığı
185 qr qurabiyə
125 qr kərə yağı
Sous üçün:
5 x.q qaymaq
50 qr tünd şokalad
25 qr kərə yağı
Hazırlanması:
Qurabiyəni əzirik. Sonra yağı əridib üstünə töküb qarışdırırıq.
Qaba kalka kağızı sərib qarışığı töküb yayırıq.Qoyuruq soyuducuya
Qaymaqdan 5 x.q sos üçün götürürük. Qalan qaymağı içliyə istifadə edirik.
Kəsmiyi, qaymağı, şəkər tozu, vanili, limon qabığını və nişastanı qaba töküb mikserlə çalırıq.
Sonra yumurtaları əlavə edib tam qarışanadək çalırıq.
Soyuducudan qabı çıxarıb hazırladığımız qarışığı töküb yayırıq.
170-160 dərəcə qızmış sobada 1 saata bişiririk.
Soyuduqdan sonra soyuducuya qoyuruq.
Qaymağı, şokaladı və yağı əridib qarışdırıb götürürük.
Sosu çizkekin üstünü töküb yayırıq.
Yenidən soyuducuya qoyuruq.Qabdan çıxarıb kəsib süfrəyə veririk.
Yaxşı olar ki, axşamdan hazırlayasınız sabahı çay süfrəsinə verəsiniz.
Nuş olsun!