Ərzaqlar:
3 ədəd yumurta
1 st şəkər tozu
1,5 st un
150 q kərə yağı
200 q kəsmik
200 q böyürtkən
1 paket vanil
1 paket qabartma tozu
Hazırlanması:
Yumurtanı mikserlə çalırıq. Sonra şəkər tozunu əlavə edibyenə ağaranadək çalırıq.
Kəsmiyi əlavə edib çalırıq.
Yumşaq yağı əlavə edib çalırıq.
Vanili toküb sonra qabartma tozu ilə unu əlavə edib aşağı sürətlə mikserlə tam qarışanadək çalırıq.
Təmizlənib yuyulmuş və suyu tamam çəkilmiş böyürtkəni xəmirin üstünə əlavə edib qarışdırırıq.
Qabı yağlayıb xəmiri tökürük.
170 dərəcə qızdırılmış sobada 50-60 dəqiqəyə bişiririk. Bişirdikdə çöplə yöxlamaq lazımdır.
İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!