Ərzaqlar:

Xəmir üçün:

4 st un

200 q yağ

200 q xama

1 paket qabartma tozu

üzünə 1 x.q şəkər kirşanı

İçlik:

200 q kəsmik

1/2 st şəkər tozu

2 x.q. un

1 paket vanil

Hazırlanması:

Yağı əridirik. Ələnmiş unun üstünə yağı, xamanı, qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri sellofana qoyub 2 saat soyuducuda saxlayırıq.

İçliyi hazirlamaq üçün kəsmik, şəkər tozu, un və vanili qarışdırırıq.

Xəmirdən qoz boyda kündə düzəldib uzunsov yayırıq.

Içlik qoyub bükürük. Banan formasına salırıq.

Qaba kağız sərib bananları düzürük.

180 dərəcədə qızdırılmış sobada 20-25 dəq bişiririk.

Soyuduqdan sonra üstünə şəkər kirşanı səpirik.

Nuş olsun!

Comments

comments