Ərzaqlar:

Xəmir üçün:
200 q kərə yağı
2 ədəd yumurta (birinin sarısı üzü üçün)
1 st əkər tozu
1 st qatıq
1 paket qabartma tozu
1 paket vanil
Aparanadək un

İçlik üçün:
500 q qoz ləpəsi
500 q şəkər tozu
1 paket vanil

Üzünə çəkmək üçün:
1 ədəd yumurtanın sarısı

Hazırlanması:

İçliyi hazırlamaq üçün qozu maşından keçirib şəkər tozu və vanil ilə qarışdırırıq. İçlik hazırdır.
2-2,5 st un töküb üstünə yağı əlavə edib ovuruq. Sonra vanili və şəkər tozunu əlavə edib ovuruq.

Üstünə yumurta və qatığı əlavə edirik qarışdırırıq.

qabartma tozunu əlavə edirik. Duru olsa əlavə un töküb yumşaq xəmir düzəldirik.

Xəmiri dörd hissəyə bölüb kündələyirik.

Kündənin birini götürüb qalınlığı 0,3 mm olmaqla uzununa yayırıq.

İçlik səpirik.

Bükürük.

Ağzı dilikli bıçaqla şəkildəki kimi kəsirik.

Qalan kündələri də bu qayda ilə düzəldirik.

Üzünə yumurta çəkib 180 dərəcə qızmış sobada qızaranadək bişiririk.

Nuş olsun.

Comments

comments