Ərzaqlar:
1 ədəd orta boy kələm
3 ədəd baş soğan
3 ədəd yumurta
3 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.
Soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Kələmi yuyub xırda doğrayırıq.
Qovqulmuş soğanın üstünə əlavə edib qarışdırırıq. Üstünə duz səpirik.
Əvvəl suyu çıxacaq sonra bişənə yağın suyu çəkilib yağa düşəcək.
Yağdada 3-5 dəqiqə qovurub yumurtanı sındırıb içinə duz və istiot səpib çalıb tökürük.
Yumurta bişdikdə yeməyimiz hazır olacaq.
Nuş olsun!