Ərzaqlar:

500 q ət

3-4 ədəd baş soğan

3-4 ədəd kartof

3 x.q əridilmiş kərə yağı

3-4 diş sarımsaq

250 q qatıq

Xəmir üçün:

4 st un

1 ədəd yumurta

1/2 ç.q duz

1 st ilıq su

Yuxaları yaymaq üçün:

Un

Hazırlanması:

Xırda doğranmış əti suda tam bişiririk. Bişənə yaxın duz tökürük.

Soğanın qabığını soyub yuyub doğrayırıq.

Soğana yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq. Qovrulmuş soğanın üstünə bişmiş əti sudan çıxardıb tökürük. Zövqə görə duzuna baxıb qovururuq.

Sarımsağı təmizləyib yuduqdan sonra əzib qatığa qarışdırırıq. (Qatıq əvəzinə bölgələrimizdə qurutdən də istifadə olunur)

Una yumurtanı duzu və suyu əlavə edib normal xəmir yoğururuq.

Xəmirdən dörd kündə düzəldirik.

Kündənin birini götürüb az un səpib oxlovla nazik yuxa yayırıq.

Yuxanı dördkünc doğrayırıq. Qalan bütün kündələri eyni qayda ilə hazırlayırıq.

Kartofun qabığını soyub yuyub 4 ya da 6 yerə uzunsov bölürük.

Xingal üçün qoyduğumuz suya duz toküb qaynadırıq.

Su qaynayanda kartofu tökürük.

Kartof bişənə yaxın doğradığımız yuxaları suya töküb bişiririk. (Bişmiş kartofları ayrıca çıxartmışıq ki, əzilməsin)

Yuxa bişən kimi süzürük.

Qaba sarımsaqlı qatıqdan çəkirik.

Əridilmiş yağ tökürük.

Sonra xingalı tökürük.

Bişmiş xingalın üstünə yenə sarımsaqlı qatıqdan yayırıq.

Ət qovurması töküb kartofları düzüb yağ tökürük.

Nuş olsun!

Comments

comments