(Türk mətbəxi)

Ərzaqlar:

6 st un

1/2 st duru yağ

2 ədəd yumurta(birinin sarısı üzünə vurulur)

2 st ilıq su

1/2 paket tez maya

1/2 ç.q duz

200 q kərə yağı

250-300 q ağ pendir

2-3 x.q süd

1 x.q çörək otu

Zövqə görə içinə cəfəri də tökə bilərsiniz.

Hazırlanması:

Kərə yağını əridirik. Pendiri çəngəllə əzirik. Ya da sürtgəcin gözündən keçiririk.

Dərin bir qabda su, maya, yumurta,yağ və duzu qarışdırırıq.

Unu az-az əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri 5-10 dəqiqə saxlayırıq.

Sonra xəmiri beş yerə bölüb kündəliyirik.

Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq.

Yuxanı yağlayıb üstünə pendir səpirik.

İkinci yuxanı da yayıb birincinin üstünə qoyub yağlayıb pendirləyirik.

Eyni qayda ilə 3-cü və 4-cü yuxaları da hazırlayırıq.

Beşinci yuxanı yağlamırıq.

Yağlanmış yuxa qatının yandan olan hissələrini bıçaqla kəsib üstünə qoyuruq. Kvadrat şəkil alacaq.

Bir tərəfdən bükürük.

Bükdüyümüz xəmiri özü qədər üzadırıq.

Sonra iki yerə bölürük.

Yenə birini götürüb özü qədər uzadırıq.

Sonra əlimiz ilə bururuq.

Burulmuş yuxanı üç barmaq enində kəsirik.

Kəsdiyimiz yağlı xəmirləri yağlanmış qaba yığırıq.

Üzünə yumurta sarısı ilə südü qarışdırıb sürtüb çörəkoru səpirik.

180 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments