Ərzaqlar:1 st bişmiş qabığı soyulmuş noxud
2 ədəd kartof
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 x.q pomidor məti(tomat)
1 x.q un
1 ç.q quru nanə
Duz
İstiot
5 st ət ya da toyuq suyu ya da adi su

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.
Soğanın üstünə az su və duz töküb qoyuruq ocağa.Suyu çəkildikdə yağı əllavə edib qızılı rəngdə olanadək qovururuq.
Qovrulmuş soğanın üstünə pomidor mətini əlavə edib 1-2 dəqiqə qovururuq.
Əvvəlcə unu əlavə edib 1-2 dəqiqə qovururuq. Sonra doğranmış kartofu da əlavə edib 1-2 dəqiqə qarışdırırıq.
Suyu yeməyə əlavə edirik.
Kartof bişənə yaxın noxudu yeməyə tökürük.
Yeməyin kəfini yığıb duzunu və istiotunu zövqə görə tökürük.
Noxud tökdükdən sonra 5-10 dəqiqə də qaynadıqdan sonra yeməyi blenderdən keçiririk.
Yenidən ocağa qoyuruq. 5 dəqiqə kimi qaynadıqdan sonra götürürük. Suyu qatı olsa əlavə qaynar su tökə bilərsiniz.Hazır şorbanın üstünə quru nanə səpib isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments