
Ərzaqlar:

1 ədəd toyuq
5 ədəd kartof
2 x.q. кеtçup
2 x.q mayonez
Duz
İstiot
Hazırlanması:
Kartofu suda bişiririk. Kartof tam bişməmiş götürürük. Soyuduqdan sonra xırda kubik doğrayırıq.

Kartofa duz, istiot, 1 x.q mayonez və 1 x.q ketçap əlavə edib qarışdırırıq.

Toyuğu duzlayıb istiotlayıb içliyi içinə yığıb, sap ilə tikirik. Üstünə mayonez və ketçup çəkirik. Qaba yağ töküb toyuğu qoyuruq.

150-180 dərəcə qızdırılmış sobada bir saat yarım bişiririk.

Nuş olsun!






























