Ərzaqlar:6-7 ədəd orta ölçülü kartof, 2 ədəd baş soğan, 1 x.q əridilmiş kərəyağı, balaca dəstə şüyüd, duz, istiot

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra iki bölürük. Qazana yığıb üstünə su əlavə edirik.Qoyuruq ocağa tam bişiririk.Suyu tamam çəkiləcək.
Bişdikdə kartof əzənlə əzirik.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Tavaya töküb üstünə az duz və yağı əlavə edib qızılı rəngdə olanadək ocağın üstündə qovururuq.
Hazır olduqda əzilmiş kartofun üstünə əlavə edib qarışdırırıq.
Şüyüdü təmizləyib yuyub xırda doğrayıb kartof əzməsinin üstünə əlavə edirik. Zövqə görə duz və istiotunu da əlavə edib qarışdırırıq.
Bu kartof əzməsini içlik kimi hər növ xəmir işlərində istifadə edə bilərsiniz.

Nuş olsun!

kartof, kartof ezme, əzməli kartof, püre, 

Comments

comments