Ərzaqlar:
Biskvit üçün:
1+1/4 st un
1+1/4 st şəkər tozu
5 ədəd yumurta
1/2 paket vanil (5 q)
1 paket qabartma tozu (10 q)
Krem üçün:
1 banka qatılaşdırılmış süd
200 q kərə yağı
1/2 paket vanil (5q)
Aralarına və üstünətökmək üçün kakos və qoz ləpəsi.
Hazırlanması:
Kremi hazırlamaq üçün bax: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]
Yumurtanın ağını sarısından ayırıb ağını köpüklənənə qədər çalırıq.
Sonra şəkər tozunu az-az töküb yenə çalırıq.
Yumurta sarılarını bir-bir töküb çalırıq. Vanili və qabartma tozunu töküb çalırıq.
Unu az-az töküb taxta qaşıqla qarışdırırıq.
Qaba kağız sərib xəmiri tökürük. (Xəmiri tökmək üçün sobada olan düzbucaqlı formada qabdan istifadə edirik)
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Hazır olan kimi kağızla bərabər isti-isti bükürük.
Soyuduqdan sonra kağızı açıb üz qabığını bıçaqla təmizləyib arasına krem çəkirik. Qoz doğrayıb tökürük.Kakosdan tökürüb bükürük.
Bükdükdən sonra üzünü kakoslayıb qoz qırıntıları ilə bəzəyirik.
Nuş olsun!