Ərzaqlar:

Xəmir üçün:

200 q xama

125q kərə yağı

1/2 st duru yağ

1 st şəkər kirşanı

1 su buğda nişastası

4 st un

1 ədəd yumurta(ağı üzünə)

1 paket qabartma tozu

1 paket vanil

Üzü üçün:

1 ədəd yumurta ağı

1/2 st kakos

Hazırlanması:

Şəkər kirşanı, yumşaq yağ və yumurtanı mikserlə çalırıq.

Xamanı əlavə edib çalırıq.

Duru yağı əlavə edib çalırıq.

Buğda nişastasını əlavə edib çalırıq.

Vanili sonra qabartma tozunu əlavə edib çalırıq.

Unu töküb yumşaq xəmir düzəldirik.

Qaba kağız səririk.(kağızsız da yığmaq olar)Xəmirdən qoz boyda kündələr düzəldirik.

Kündənin bir tərəfini əvvəl yumurta ağına salıb sonra kakosa batııb qaba yığırıq. Bu şəkildə bütün xəmiri düzəldirik.

170 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişdikdən sonra sobanı söndürün10-15 dəqiqə içində qalsın.

Sonra götürürük.Tamam soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments