Ərzaqlar:

1 banka bişmiş qatılaşdırılmış süd

300 q kakaolu qurabiyə (PETİT BEURRE PEÇENYE )

1 nəlbəki qoz

Hazırlanması:

Qurabiyəni əlimiz ilə ovuruq.(İstəsəniz maşından ya blenderdən ya da sürtgəcdən istifadə edib doğraya bilərsiniz) Çox ovub toz halına salmayın. Bir az qırıntıları balaca olsun.

Qoz ləpəsini xırda doğrayırıq.

Ovduğumuz qurabiyənin üstünə qozu və qatılaşdırılmış südü əlavə edirik. Yaxşı qarışdırırıq.

Kağız sərib qarışığı kağızın üstünə tökürük.

Əvvəlcə qaşıqla sora kağızı bükərək rlon formaya salırıq.

Hazır ruleti soyuducuda ən azı 1-2 saat saxlayırıq.

Süfrəyə verdikdə halqa doğrayıb qaba düzürük.

Nuş olsun!

Comments

comments