Ərzaqlar:


3/4 st şəkər tozu
2 x.q kakao
2 x.q nişasta
1 ədəd yumurta
2,5 st süd
1 paket vanil
25 q kərə yağı
Üstünü bəzəmək üçün:
Kakos və qoz ləpəsi

Hazırlanması:

Dərin bir qazana südü, şəkər tozunu, vanili, nişastanı və yumurtanı töküb çalırıq.

Qarışığın üstünə kakaonu da töküb tam açılanadək çalırıq.

Ocağa qoyub dayanmadan qarışdırırıq. Qaynamağa başlayanda yağı da əlavə edirik. Qatılaşmaq istəyəndə ocaqdan götürürük.

Qablara tökürük.

Pudinqin üstünü qoz ləpəsi və kakosla bəzəyirik.
Tamam soyuduqdan sonra soyuq istəyirsinizsə soyuducuya qoyub sönra yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments