Ərzaqlar:
Xəmir üçün:
4,5 st un
125 q kərə yağı (yumşalmış)
5 x.q qatıq
1/2 st bitki yağı
2 ədəd yumurta (bir yumurta ağı içliyinə)
1/2 st şəkər kirşanı
1 paket qabartma tozu
1 paket vanil
3 ç.q kakao
İç üçün:
1,5 st kakos
4 x.q şəkər kirşanı
1 yumurta ağı
Üstünə səpmək üçün:
1 x.q şəkər kirşanı
Hazırlanması:
Xəmiri hazırlamaq üçün undan başqa bütün ərzaqları qaba töküb qaşıqla qarışdırırıq.
Sonra ələnmiş unu əlavə edib yumşaq xəmir düzəldirik.
Xəmiri bir kənara qoyub içliyi hazırlayırıq. Kakos, 4 x.q şəkər kirşanı və 1 ədəd yumurtanın ağını yaxşı qarışdırırıq.
Xəmirdən eyni ölçülü 20-21 kündə düzəldirik. Kündənin birini diametri 10 sm olmaqla dairəvi yayırıq.
İçlikdən 2 ç.q xəmirin ortasına qoyub bükürük.
Bükülən tərəfi alta çevirib qaba kağız sərib aralı yığırıq.
200 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Sobadan çıxaran kimi üstünə şəkər kirşanı səpirik.
Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!