Ərzaqlar:

200 q kərə yağı

3/4 st şəkər tozu

2 ədəd yumurta

2,5-3 st un

1-2 x.q kakao

paket qabartma tozu

1 paket vanil

Hazırlanması:

Yumşalmış kərə yağını şəkər tozu və vanil ilə qaşıqla qarışdırırıq.

Yumurtanı əlavə edib yenə qaşıqla qarışdırırıq.

Qabartma tozunu və ələnmiş unu əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmiri iki hissəyə bölüb birinə kakaonu əlavə edib qarışdırırıq.

Hər bir xəmiri kağız üzərində qalınlığı 0,5 sm olmaqla eyni ölçülü düzbucaqlı formada əlimiz ilə yayırıq.

Yaydığımız xəmirləri üst-üstə qoyuruq.

Xəmirin enli tərəfindən bükürük.

Bükdüyümüz xəmiri bərkiyənə qədər (45 dəq) soyuducuda saxlayırıq.

Sonra qalınlığı 1 sm olmaqla kəsirik. Kəsdiyimiz dairələri kağız sərilmiş qaba aralı düzürük.180 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments