Ərzaqlar:


1 ədəd kahı

3 ədəd yumurta

2 ədəd tər xiyar

2 zoğ cəfəri

2 zoğ göy soğan

Duz

Istiot

Mayonez

Hazırlanması:

Yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını soyub xırda doğrayırıq.

Xiyarı yuyub xırda doğrayırıq.

Kahını təmizləyib yuyub xırda doğrayırıq.

Cəfəri ilə göy soğanı təmizləyib yuyub xırda doğrayırıq.

Bütün ərzaqları bir qaba töküb üstünə duz,istiot və mayonezi töküb qarışdırırıq.

Salatı süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments