(Türk mətbəxi)

Ərzaqlar:

1 paket paxlavalıq yuxa
200 q kərə yağı
İçlik üçün:
250 q çəkilmiş fındıq ləpəsi
2 st süd
1/2 st irmik
Şərbət üçün:
2 st şəkər tozu
2 st su

Hazırlanması:

İçlik üçün irmik ilə südü qaba töküb ocaqda qatılaşana qədər qarışdıra-qarışdıra bişiririk.Qoyuruq soyuyur.

Sonra paketdəki yuxaların yarısını balaca kvadratlara bölürük.

İçinə içlık qoyuruq.

Büküb qaba yığırıq.

Paxlavanı bişirəcəyimiz qaba bu şəkildə hamısını düzəldib yığırıq.

Yuxanın digər yarısını da eyni qayda ilə hazırlayırıq.
Üstünə əridilmış soyuq kərə yağını tökürük.

190 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Paxlava bişənə qədər şərbəti hazırlayırıq.
Şəkər tozu ilə suyu bir qaba töküb ocağa qoyuruq.
Qarışdırırıq. Qaynamağa başlayanda 5-10 dəqiqə kimi qaynadıb götürürük.
Qızarmış paxlavanı sobadan çıxarıb şərbəti üstünə tökürük.

Bu paxlavanı axşamdan hazırlayıb sabahı süfrəyə qoyuruq.

Nuş olsun!

Comments

comments