Ərzaqlar:

150 q kərə yağı
1st un
3-4 x.q doğranmış fındıq
Şərbət üçün:
1 st şəkər tozu
1 st süd
1 paket vanil
Üstü üçün:
Şokalad
Kakos
Hazırlanması:
Qazana südü, vanili və şəkər tozunu töküb qarışdırıb ocağa qoyuruq.
Qaynamağa başlayıanda 3-5 dəqiqə kimi qaynadıb götürürük.

Paralel olaraq tavada yağı qızdırıb unu əlavə edib qovururuq.


Qızılı rəngdə olanadək qovururuq.

Sonra şərbəti əlavə edib tez-tez qarışdırırıq.

Doğranmış fındıq ləpəsini də əlavə edib qarışdırırıq.

5 dəqiqə kimi qarışdırıb ocaqdan götürürük.

Şokaladı su hamamında əridirik.
Halva ilıq olanda 20 q toplar düzəldirik.

Topları əriyən şokalada salıb çıxarırıq.

Üstünə kakaos səpirik.

Nuş olsun!






























