Ərzaqlar:3 ədəd kartof, 1 ədəd baş soğan, 2 -3 diş sarımsaq, 1 x.q un, 2 x.q əridilmiş kərə yağı, 1 dəstə ispanaq, 1 dəstə şüyüd, 1 dəstə cəfəri, duz, su ya da ət suyu

Hazırlanması:

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.Doğranmış soğanın üstünə duz və yağ töküb qızılı rəngdə olanadək qovururuq.Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.Soğan qovrulan kimi unu töküb qovurub ondan sonra kartofu əlavə edib 3-5 dəqiqə qovururuq.Sonra üstünə su tökürük. Duz əlavə edirik. Kartof tam bişənədək bişiririk.Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.Kartof bişən kimi blenderdən keçiririk. Qatılığına baxıb lazım olsa əlavə su tökə bilərsiniz. Yeməyi yenidən ocağa qoyub xırda doğranmış göyərtiləri yeməyə əlavə edirik.5-10 dəqiqə bişirib götürürük. Duz və istiotuna baxırıq. Yeməyin suyunu ət suyundan edəndə cox dadlı olur. Hazır bulyonlardan da istifadə edə bilərsiniz.

Nuş olsun!

şorba, kartof şorbası necə hazırlanır, kartof şorbasının hazırlanması, kartoflu şorba

Comments

comments