Ərzaqlar:

1 ədəd hinduşqa (3-3.5 kq)

2 ədəd baş soğan

7-8 ədəd alça turşusu

Duz

İçlik üçün:

1 st düyü

Hinduşqanın çiyəri, böyrəyi və ürəyi

2 ədəd baş soğan

50-100 q kərə yağı

50 q kişmiş

1-2 x.q zirinc

Duz

İstiot

Üstü üçün:

1 ç. q pomidor məti (tomat)

2-3 x.q duru yağ

1 x.q ərinmiş kərə yağı

1 ədəd limonun suyu

Duz

Istiot

Hazırlanması:

Hinduşqanı təmizləyib yuyub qazana qoyuruq. Üstünə alçanı və 2 ədəd soğanı yarı bölüb atırıq.Üstünə çıxanadək su əlavə edib bişməyə qoyuruq. Bişənə yaxın duz əlavə edirik.


İçliyi hazırlamaq üçün soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə yağ, duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.


Hinduşqanın çiyərini, böyrəyini və ürəyini yuyub üstünə su töküb bişməyə qoyuruq. Bişənə yaxın duz əlavə edirik.

Hazır olduqda bıçaqla xırda doğrayırıq.

Düyünü adi qaydada plovlarda olduğu kimi yarıhazır duzlu suda bişirib süzürük.

Qovqulmuş soğanın üstünə əvvəl doğranmış əti əlavə edib 3-5 dəqiqə qovururuq. Istiot vururuq.

Sonra üstünə kişmiş ilə zirinci təmizləyib, yuyub tökürük. Yenə 2-3 dəqiqə qarışdırırıq.

Sonra üstünə süzülmüş düyünü töküb qarışdırıb götürürük.

İçlik hazırdır.

Üstünə sürtmək üçün yağları, tamatı, duzu, istiotu və limon suyunu qabda bir yerdə qarışdırırıq.

İçliyi hinduşqanın içinə yığırıq.

Hazırladığımız şirəni hinduşqanın üstünə çəkirik.

Qaba kağız qoyub hinduşqanı qoyuruq.

180-190 dərəcə qızdırılmış sobada hər tərəfi tam qızaranadək bişiririk.

Hazır yeməyi qaba qoyub zövqə görə istədiyiniz kimi hazırlayıb süfrəyə verə bilərsiniz.


Nuş olsun!

Comments

comments