Ərzaqlar:
Göyəm
Sarımsaq
Duz
Şəkər tozu
Sirkə ( 60%-lı)
Yapışqan
Hazırlanması:
Göyəmi saplağını təmizləyib yuyub bankalara yığırıq.
Hər 800q -1kq bankaya 1 x.q duz, 1 ç.q şəkər tozu, 1 ç.q az sirkə və 1 balaca diş sarımsaq əlavə edirik.
Üstünə qaynar su tökürük.
Qapaqları qaynar suya salıb bankaların ağzını qapaqla bərk bağlayıb yapışdırıcı ilə yapışdırırıq. Bankaları çalxalayırıq duzu tamam əriyir.
Ədyalın arasına qoyub bükürük. Soyuyanda əgər dibinə duz yığılıbsa yenə çalxalayıb götürürük.
Nuş olsun!