Ərzaqlar:

1 kq ərik (tumu çıxarılmış)

1 kq şəkər tozu

1 st su

Hazırlanması:

Əriyin tumunu çıxarıb dörd yerə bölürük.

Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq.

Şəkər əriməyə başlayanda əriyi tökürük. Astaca qarışdırırıq.

Qaynara düşəndə 5 dəqidə qarışdırıb, götürürük. Yarım saat qalır. Sonra yenidən qaza qoyub, bişiririk.

Üzünə çıxan kəfi yığırıq  və asta qarışdırırıq ki, hər tərəfi eyni bişsin.

Kəfi azalanda mürəbbə ortasından şəffaf köpüklə qaynayır, onda bilinir ki, hazır olmağa az qalıb. Qaşığı qaldırıb suyu az ağırlaşmaq istəyəndə götürürük.

Ərik mürəbbəmiz hazırdır. Mürəbbə soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments