Ərzaqlar:

Xəmir üçün:

2,5 st un

200 q xama

1 yumurta

0,5 ç.q soda

0,5 ç.q duz

0,5 st şəkər tozu

Üstü üçün:

1 st tumu çıxarılmış gilas(konserv olunmuş ya da təzə)

0,5 st şəkər tozu

200 q xama

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayaq.Xama ilə şəkər tozunu qarışdırırıq.

Sonra yumurtanı əlavə edib yenə qarışdırırıq.

Sodanı və duzu əlavə edib yenə qarışdırırıq.

Ələnmiş unu əlavə edib qarışdırırıq.

Əlimiz ilə xəmiri düzəldirik. Normal xəmir olacaq. Əgər əlinizə yapışsa əlavə olaraq 1 x.q  un töküb düzəldin.

Diametri 24-26 sm olan qab götürürük. Qabı yağlayıb un səpirik.

Xəmiri qabın içinə yayırıq. Elə yaymaq lazımdır ki, yanları hündür olsun.

Gilasın üstünə üstlük üçün olan şəkər tozundan 1 x.q səpib qarışdırırıq.

Gilası xəmirin üstünə düzürük.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk.

Piroq bişənə qədər üstü üçün qalan şəkər tozu ilə xamanı mikserlə 5-10 dəq çalırıq.

Çaldığımız üstlüyü piroqu sobadan çıxardan kimi üstünə yayırıq.

Piroqu yenidən sobaya qoyuruq. 15 dəqiqə də bişdikdən sonra götürürük.

Az ilıqlaşanda tavadan çıxarıb düz qaba qoyuruq.

Soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments