Ərzaqlar:

1 st un

75 q kərə yağı

2/3 st şəkər tozu(bundan 2 x.qaşığı üstünə, qalanını xəmirə istifadə edirik)

1 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu

300 q gilas (təzə ya da konserv olunmuş)

Hazırlanması:

Şəkər tozu, vanil və yumşaq kərə yağını qarışdırırıq.

Yumurtanı əlavə edib qarışdırırıq.

Unu və qabartma tozunu əlavə edib qarışdırırıq. Yumşaq xəmir olacaq.

Qabı kərə yağı ilə yağlayıb xəmiri yayırıq.

Tumu çıxarılmış gilası xəmirin üstünə yığırıq. Üstünə 2 x.q şəkər tozu səpirik.

180 dəqəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.

Piroq əvvəlcə bərk olacaq. Soyuyub qaldıqdan sonra yumşalacaq.

Nuş olsun!

Comments

comments