Ərzaqlar:

Gilas

Şəkər tozu

Su

Bankaların ağzına bağlamaq üçün yapışdırıcı

Hazırlanması:

Gilasın saplağını təmizləyib yuyuruq. Bankaya 6 sm hündürlüyündə gilası tökürük.

Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu əlavə edirik. (Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)

Su qaynadırıq. Qaynar suyu bankaya əlavə edirik. Bankanın ağzını qapaqla örtüb yapışdırıcı ilə yapışdırırq. Sonra şəkər tozunun əriməsi üçün bankaları çalxalayırıq.

Bankaları ədyalın arasına qoyub bükürük.

Soyuyandan sonra bankaları çalxalayıb götürürük.

Nuş olsun! 

Comments

comments