Ərzaqlar:

400 q xama

2 st un

2 st şəkər tozu

4 ədəd yumurta

2 paket qabartma tozu

1 paket vanil

2 x.q kakao

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1 x.q. kakao

Hazırlanması:

Yumurtanın ağını köpüklənənə qədər mikserlə çalırıq.

Şəkər tozunu az-az tökərək mikserlə çalırıq.

Yumurtanın sarısını qarışığa əlavə edib çalırıq.

Xamanı əlavə edib çalırıq.

Vanili töküb çalırıq. Unu az-az tökərək mikserlə (aşağı sürətlə) çalırıq. Qabartma tozunu da əlavə edib çalırıq.

Xəmiri bərabər iki hissəyə ayırıb bir hissəsinə kakao əlavə edib qarışdırırıq.

Qabı yağlayıb veya kağız sərib kakaosuz xəmiri tökürük.

Sobanı 180 dərəcədə isidib 30 dəqiqə bişiririk.

Kakaolu xəmiri də eyni qayda ilə bişiririk.

Biskvitlər tam soyuduqdan sonra hər ikisini də yarıya bölürük.

Kremi hazırlamaq üçün yumsaq kərə yağını ağaranadək çalırıq. Sonra qatılaşdırılmış südü əlavə edib bərkiyənədək çalırıq. Kremimiz hazırdır.

Kremi yarıya bölüb yarısına 1 x.q kakao əlavə edib qarışdırırıq.

Biskvitləri ardıcıl olaraq aralarını kremləyərək üst üstə yığırıq. Üstünün və yanının yarısını kakaolu digər yarısını kakaosuz kremlə kremləyirik.

Zövqə görə üstünü kremlə bəzəyirik.

Son bəzəklər balaca qızımın əsəridir.

Nuş olsun!

Comments

comments