Ərzaqlar:

Xəmir üçün:

2 ədəd yumurta (1nin sarısını üz üçün istifadə edirik)
1,5 st. Süd
1/2 st duru yağ
1 paket tez maya
2 x.q. şəkər tozu
1 ç.q. duz
Un aparanadək

İçlik üçün:
300 q hazır bişmiş ət qıyməsi
Üzü üçün:
1 ədəd yumurta sarısı
1 x.q. küncüt

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq.

Dərin bir qaba südü ilıq isidib tökürük. Bura yağı, yumurtanın sarısının birini saxlayıb qalanını, duzu, mayanı, şəkər tozunu əlavə edib qarışdırırıq.

Unu az-az əlavə edib əvvəl qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.

İsti yerdə qoyuruq 1 saata xəmir gəlsin.

Sonra qozdan bir az böyük kündələr düzəldirik.

Kündənin birini götürüb yayırıq.

İçlikdən qoyub şəkildəki kimi bükürük.

Bu şəkildə hamısını düzəldirik.
Diametri 30-32 sm olan qaba yığırıq.

20 dəqiqə qoyuruq özünə gəlsin. Sonra üstünə yumurta sarısını çəkirik və küncütü səpirik

180 dərəcə qızmış sobada qızaranadək bişiririk.

Kündədən artıq qalsa balaca formada gül düzəldib bişirə bilərsiniz.

Nuş olsun!

Comments

comments